eiti-logoMədən Sənayesində Şaffaflıq Təşəbbüsü Koalisiyası təsis olunduğu ilk zamanlardan başlayaraq, ölkədə mədən hasilatının şəffaflığı və hesabatlılığı uğurunda ardıcıl və məqsədyönlü mübarizə aparmışdır. Hökumət qurumları inzibati metodlardan istifadə edərək, Koalisiyanın maddi-texniki imkanlarını zəiflətməəyə çalışmaqla yanaşı, Koalisiyada təmsil olunan QHT üzvlərinə  də müxtəlif metodlarla təzyiqlər göstərmiş və hal-hazırda göstərməkdədir. Həmin təzyiqlərin nəticəsi olaraq bəzi üzvlər Koalisiya sıralarını tərk etmiş, bəziləri isə ölkəni tərk edərək digər dövlətlərdə mühacir həyata yaşamaqdadırlar. Bir neçə Koalisiya üzvü isə əsassız olaraq məhkumluq həyatı yaşamağa məcbur edilmişdir. Belə ki:

Koalisiyanın üç  üzvü Fuad Qəhərmanlı,  Asif Yusifli,   Mehman Hüseynov Azərbaycan Respublikası   Cinayət Məcəlləsinin müxtəlif maddələri saxta ittihamlar elan edilmiş, adıçəkilən şəxslər elan edilmiş saxta ittihamlarla təqsirli bilinərək məhkəmələr tərəfindən  əsassız olaraq uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər və hal-hazırda da məhkumluq həyatı yaşamaqdadırlar.  Koalisiyasnin daha bir üzvü  Əziz Orucov barəsində isə 4 aylıq  həbs qəti imkan tədbiri seçilmişdir.

Hökumət  qurumları hər dörd  şəxsin mədən hasilatı sahəsində fəaliyyətlərinə görə  məsuliyyətə cəlb edilərək məhkum edilmədiklərini bildirsələr də, ölkə və beynəlxalq ictimaiyyət adıçəkilən Koalisiya üzvlərinin birbaşa və yaxud dolayısıyla vətəndaş cəmiyyətindəki mövqelərinə görə həbs edildiklərini israr etməkdədirlər.

Hər  dörd şəxs Koalisiyanın  fəal üzvləri olmaqla yanaşı,  mədən hasilatı sahəsində şəffaflıq və hesabatlılıqla bağlı Koalisiyadakı fəal mövqeləri ilə həmişə seçilmişlər. Koalisiyanın Ali orqanı olan Ümumi Yığıcaq hesab edir ki, hakimiyyət qurumları çoxsaylı vətəndaş cəmiyyəti üzvlərinin iradəsini nəzərə alaraq əsassız və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş dörd üzvünün hər biri  dərhal azadlığa buraxmalı və həmin şəxslərə öz fəaliyətlərini yenidən bərpa etməyə imkan yaratmalıdır.

 

10 iyun 2017-ci il.