Vətəndaş Cəmiyyətinin
MSŞT-də iştirakı üçün əlverişli mühit
və dəyərləndirmə
ZÖHRAB İSMAYıL, MSŞA ÜZRƏ QHT KOALISIYASı
5-7 DEKABR, İSTANBUL
Dəyərləndirmə öncəsi seminar – Azərbaycan
Vətəndaş Cəmiyyətinə əlverişli mühit
üzrə MSŞT Standartları
Vətəndaş cəmiyyəti tam, fəal və səmərəli şəkildə MHŞT prosesinə cəlb edilməlidir
§1.3(a)
Hökumətin qəbul etdiyin qanunlar, normativ və inzibati aktlar (qaydalarla), həmçinin
MHŞT-nin faktiki tətbiqi təcrübəsi Vətəndaş Cəmiyyətinin iştirakı üçün əlverişli mühiti
təmin etməlidir. ÇTQ üzvləri də daxil olmaqla (lakin onlarla məhdudlaşmayaraq) MSŞT-
yə cəlb edilmiş Vətəndaş Cəmiyyətinin fundamental hüquqlarına hörmət
bəslənilməlidir.
Hökumət elə şərait təmin etməlidir ki, Vətəndaş Cəmiyyətinin MHŞT prosesində iştirakı
üçün hər hansı maneə olmasın §1.3(c)
Hökumət MHŞT-nin tətbiqi ilə bağlı ictimai müzakirələri azalması və ya
məhdudlaşması ilə nəticələnən tədbirlərdən çəkinməldir §1.3(d)
MSŞT Standartları (davamı)
Vətəndaş Cəmiyyəti təmsilçiləri şəffaflıq və təbii resursların idarə edilməsi məsələləri ilə bağlı
azad şəkildə danışmaq imkanına malik olmalıdırlar. §1.3(e)(i)
Maraqlı tərəflər, həmçinin ÇTQ üzvləri MSŞT prosesinin layihələndirilməsi, tətbiqi, monitorinqi
və qiymətləndirilməsində davamlı iştirak etməlidir və bununla bağlı ictimai müzakirələr təmin
edilməlidir. §1.3(e)(ii)
Vətəndaş Cəmiyyəti nümayəndələləri bir-biri ilə əlaqələr qurmaq və əməkdaşlıq etmək
hüququna malikdirlər. §1.3(e)(iii)
Maraqlı tərəflər MSŞT ilə bağlı heç bir məhdudiyyət, basqı və ya repressiya olmadan azad
şəkildə işləməli fikirlərini ifadə etməlidirlər §1.3(e)(iv)
ÇTQ-yə üzvlərin seçimi prosesi hər hansı göstəriş və baskı olmadan müstəqil və azad şəkildə
həyata keçirilməlidir. MSŞT prosesinə cəlb edilmiş Vətəndaş Cəmiyyəti qrupları təşkilati və siyasi
baxımdan hökumətdən və şirkətlərdən azad olmalıdır §1.3(f)(ii)
Protokol: ndaş miyyətinin iştirakı
MSŞT Standartlarının bu sənədinə Vətəndaş Cəmiyyətinin MSŞT-yə cəlb edilməsinə dair
vsiyələr daxildir. Standartı tətbiq edən ölkələr MSŞT tələblərinə əməl etmək, o cümlədən
Vətəndaş Cəmiyyətinin prosesdə fəal tirakını təmin etmək öhdəliyini götürürlər.
MSŞT-nin 2-ci prinsipi təsdiq edir ki, “təbii еhtiyаtlаrdаn əldə olunan mаddi sərvətlərin ölkə
vətəndаşlаrının rifаhı naminə idаrə оlunmаsı hökumətlərin səlаhiyyətindədir və onların milli
inkişаf maraqlarına uyğun şəkildə həyata keçirilməlidir.
MSŞT-nin 12-ci prinsipi bəyan edir ki, “bütün mаrаqlı tərəflər MSŞT üzrə Prinsip və
Standartların irəliləyişinə dair qərаrın qəbuluna öz əhəmiyyətli töhfəsini vеrə bilərlər.
MSŞT-nin 5-ci meyarı tələb edir ki, “Vətəndаş Cəmiyyəti bu prоsеsin işlənib hazırlanması,
nəzarət və qiymətləndirilməsi ictimai müzakirələrə fəаl şəkildə cəlb еdilir.
MSŞT-nin 6-cı tələbi hökumətə “….Vətəndaş Cəmiyyətinin prosesdə tam, müstəqil, fəal və
səmərəli şəkildə cəlb edilməsini təmin etməyi” tapşırır.
Vətəndaş Cəmiyəti üçün minatları ilə
bağlı MSŞT-nin təfsiri
Dəyərləndiricilər Vətəndaş Cəmiyyətinə əlverişli mühitin yaradılması ilə bağlı
hansı məsələləri yoxlayacaq?
Özünüifadə azadlığı
Fəaliyyət azadlığı
Əməkdaşlıq (Ünsiyyət) sərbəstliyi
İştirakçılıq imkanları
İctimai (Dövlət) qərarqəbuletməyə çıxış
I. Önüifadə
Vətəndaş Cəmiyyəti nümayəndələri MSŞT ilə bağlı ictimai müzakirələrə lb
edilməli və MSŞT prosesi ilə bağlı rəylərini hdudiyyət, məcburiyyət və ya
repressiya olmadan ifadə etmək imkanında olmalıdırlar.
Özünüifadə azadlığının
dəyərləndirilməsi
MSŞT İdarə Heyəti və dəyərləndircilər qeyd olunan məsələlərin səviyyəsini
nəzərdən keçirəcək:
Vətəndaş cəmiyyəti təmsilçiləri ÇTQ iclasları, MSŞT hesabatlarının açıqlanması ilə bağlı
tədbirlər, ictimai müzakirələr və mediada çıxışlar daxil olmaqla MSŞT prosesi ilə bağlı öz
fikirlərini sərbəst şəkildə ifadə etmək imkanına malik olmalıdırlar.
Repessiya qorxusu və bu kimi əngəllərə görə Vətəndaş Cəmiyyəti təmsilçilərinin
özünü-senzura ya özünü-məcburetməsinə səbəb olan məhdudiyyətlərin MSŞT
prosesi ilə bağlı məlumatların və ictimai rəyləri yayılmasına təsiri barədə müxtəlif
maraqlı tərəflərin (MSG üzvləri) baxışları ilə və ya üçüncü müstəqil tərəfin (Koalisiya)
təqdim etdiyi əsaslı sübutlarla ifadə olunan faktiki təcrübə.
II. Faəliyyət
Vətəndaş Cəmiyyəti nümayəndələri MSŞT prosesi ilə əlaqədar azad şəkildə
fəaliyyət göstərmək imkanında olmalıdırlar.
Faəliyyət azadlığının dəyərləndirilməsi
MSŞT İdarə Heyəti və dəyərləndiricilər hüquqi, nizamlayıcı, inzibati və faktiki mühitin
vətəndaş cəmiyyəti nümayəndələrinin MSŞT prosesində iştirak imkanlarına təsirinin miqyasını
nəzərdən keçirəcəklər. Bunlar aşağıdakılardan ibarət ola bilər:
Vətəndaş cəmiyyəti nümayəndələrinin MSŞT prosesində iştirakına təsir edən hüquqi,
nizamlayıcı ya inzibati əngəllər. Bura vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyatı ilə bağ
hüquqi ya inzibati prosedurlar daxil ola bilər ki, bu da öz növbəsində həmin təşkilatların MSŞT
prosesində tirakını mənfi təsir göstərir; Həmçinin QHT-lərinin MSŞT ilə bağlı fəaliyyətləri həyata
keçirməsinə mane olan maliyyələşmənin əldə edilməsi hüquqi ya inzibati məhdudiyyətlər;
QHT-lərin MSŞT prosesi ilə bağ keçirdikləri toplantıların qarşısını alan hüquqi ya inzibati
məsələlər; MSTŞ prosesi ilə bağlı məlumatların ictimai rəylərin yayılmasının qarşısı alan
hüquqi ya inzibati əngəllər.
MSŞT prosesinin tətbiqi ilə bağlı Vətəndaş Cəmiyyəti nümayəndələrinin fundamental
hüquqlarının pozulmasını göstərən, məsələn ifadə azadlığı ya hərəkət azadlıqlarına qoyulan
məhdudiyyətlər kimi hər hansı sübutlar.
III. Əməkdaşlıq
Vətəndaş Cəmiyyəti nümayəndələri MSŞT prosesi ilə bağlı bir biriləri ilə
əməkdaşlıq etmək (ünsiyyət saxlamaq məlumat mübadiləsi)
əməkdaşlıq etmək imkanına malik olmalıdırlar.
Əməkdaşlıq sərbəstliyinin
dəyərləndirilməsi
MSŞT İdarə Heyəti və dəyərləndircilər qeyd olunan məsələlərin səviyyəsini nəzərdən
keçirəcək:
ÇTQ-nin Vətəndaş Cəmiyyətindən olan təmsilçilərinin ÇTQ-yə daxil olmayan QHT-lərlə ünsiyyət
qurmasına və əməkdaşlığına heç bir məhdudiyyət olmamalıdır. Bura həmçinin ÇTQ-daxil
olmayan QHT-lərin töhfələrinin ÇTQ müzakirələriçıxarılması və nəticələrin onlara bölüşülməsi
daxildir.
Əmin olmaq ki, ÇTQ-nin Vətəndaş Cəmiyyətindən olan təmsilçiləri ilə daha geniş Vətəndaş
Cəmiyyəti çevrəsi arasında rəsmi qeyri-rəsmi ünsiyyət kanalları məhdudlaşdırılmayıb.
ÇTQ-nin Vətəndaş Cəmiyyətindən olan təmsilçiləri daha geniş Vətəndaş Cəmiyyətinə müraciət
etməsi məhdudlaşmamalıdır. Bura həmçinin ÇTQ təmsilçiliyi MSŞT prosesi ilə bağlı
müzakirələr daxildir.
IV. İştirakçılıq
Vətəndaş Cəmiyyəti təmsilçiləri MSŞT prosesinin layihələndirilməsi, tətbiqi,
monitorinqi qiymətləndirilməsində tam, fəal səmərəli şəkildə iştirak
edə bilməlidirlər.
İştirakçılıq imkanlarının
dəyərləndirilməsi
MSŞT İdarə Heyəti və dəyərləndircilər qeyd olunan məsələlərin səviyyəsini nəzərdən keçirəcək:
Vətəndaş Cəmiyyəti təmsilçiləri MSŞT prosesinə tam şəkildə təsir göstərmək və töhfə vermək
imkanında olmalıdırlar. Bura misal üçün ÇTQ-nin əsas müzakirələrində İşçi Planın məqsəd və
fəaliyyətləri, MSŞT hesabatlılıq prosesi, MSŞT hesabatlarının təsdiqi, MSŞT prosesi üzrə illik özünü
qiymətlədirmə və s. üzrə Vətəndaş Cəmiyyətinin töhfəsi və vəkillik işləri üzrə sübutlar daxildir. Bura
həmçinin Vətəndaş Cəmiyyətinin müntəzəm olaraq ÇTQ iclaslarında, ÇTQ işçi qruplarında, digər MSŞT
tədbirlərində iştirakı və QHT-lərin rəylərinin nəzərə alındığı və sənədləşdirildiyi barədə məlumatların
ÇTQ iclaslarının protokolunda əks olunması barədə sübutlar nəzərə alınır.
Vətəndaş Cəmiyyəti təmsilçiləri hesab edirlər ki, onların MSŞT prosesində iştirak üçün adekvat bilik-
bacarıqları var. Burada sübut olmalıdır ki, (ÇTQ səviyyəsində) Vətəndaş Cəmiyyətinin fəaliyyətinə təsir
göstərən texniki, maliyyə və bilik-bacarıqlar üzrə məhdudiyyətlər nəzərdən keçirilib (müzakirə
olunub), bu məhdudiyyətlərin aradan qaldırılması planı razılaşdırılıb və ya texniki-maliyyə imkanlarına
çıxış və potensialın artırılmasının təmin olunması üzrə addımlar atılır.
V. İctimai (dövlət) qərar qəbuletməyə
çıxış
Vətəndaş Cəmiyyəti təmsilçiləri şəffaflıq və təbii ethiyatların idarə edilməsi
məsələləri barədə azad fikir ifadə edə bilirlər və MSŞT-nin ictimai debatlara
yardım etməsi təmin olunur.
İctimai qərar qəbuletməsinə çıxış
imkanlarının dəyərləndirilməsi
MSŞT İdarə Heyəti və dəyərləndircilər qeyd olunan məsələlərin səviyyəsini nəzərdən
keçirəcək:
Vətəndaş Cəmiyyəti təmsilçiləri ictimaiyyəti MSŞT prosesi onun nəticələri barədə
məlumatlandırmaq üçün QHT-rin təşkilatçılığı və ya iştirakı ilə təşkil edilmiş tədbirlər,
seminarlar konfranslar kimi ictimai debatları təşviq etmək üçün MSŞT prosesindən istifadə
edə bilirlər.
Vətəndaş Cəmiyyəti təmsilçiləri təbii ehtiyatlarla əlaqəli təhlillərin aparılması vəkillik, MSŞT-
dair məlumatların istifadə edilməsi, Media çıxışları, MSŞT hesabatları nəticələrini ictimaiyyətə
çatdırmaq üçün alətlərin hazırlanması daxil olmaqla təbii ehtiyatların idarə edilməsi üzrə
fəaliyyətlər debatlarda iştirak etmək imkanına malikdirlər.
Vətəndaş Cəmiyyəti təmsilçiləri
tətbiq edilən xüsusi məhdudiyyətlər
MSŞT tətbiq olunan ölkələrdə Vətəndaş Cəmiyyəti təmsilçiləritətbiq edilən potensial ya
faktiki məhdudiyyətlər barədə iddialar ya məlumatlar ilk növbədə ÇTQ-də müzakirə
edilməli və həll edilməlidir.
Həmçinin Çevik Cavab Komitələri vasitəsilə MSŞT İdarə Heyətindən müəyyən hadisələri
araşdırmaq müvafiq şəkildə MSŞT Prinsipləri Müddəalarının pozulduğu ilə əlaqəli
iddiaları aradan qaldırmaq tələb edilə bilər.
Qayda 1.7-qeyd edildiyi kimi, “MSŞT İdarə Heyəti MSŞT Prinsipləri Qaydalarının
pozulduğunu ehtimal etdiyi hallarda Beynəlxalq Katibliyə vəziyyət barədə məlumat toplamaq
İdarə Heyətinə hesabat təqdim etmək üçün tapşırıq verə bilər.
Vətəndaş Cəmiyyətinin tirakı ilə əlaqəli narahatlıqlar olduğu təqdir MSŞT İdarə Heyəti
müvafiq şəkildə (i) hadisəyə dair faktları sənədləşdirərək; (ii) maraqlı tərəflərin fikirlərini
öyrənərək (iii) onların MSŞT prosesi ilə birbaşa əlaqəli olub olmadığını müəyyən etməlidir.
Məhdudiyyətin nəticəsi nə ola bilər?
Hadisənin baş verdiyi vəziyyətdən ası olaraq qaldırılmış məsələlərlə MSŞT prosesi arasında
nə dərəcədə birbaşa əlaqənin olduğunu müəyyən edərək MSŞT İdarə Heyəti müvafiq cavab
verəcək.
Cavab MSŞT İdarə Heyətinin sədrinin hökumətə məktubu, MSŞT İdarə Heyəti ya Beynəlxalq
Katiblik tərəfindən ölkəyə səfər, müstəqil qiymətləndirmə, İdarə Heyətinin bəyənatları,
təşəbbüsün icrasının monitorinqi ya ölkənin müvafiq qaydalara riayət etdiyini sübut
edən dəlillərin təqdim edilməsi daxil olmaqla prosessual fəaliyyətlər üzrə razılaşma daxildir.
Qayda 1.7- əsasən “MSŞT icra edən ölkə tərəfindən MSŞT Prinsipləri Müddəaların əsaslı
hissəsinin pozulduğu aşkar edildiyi hallarda MSŞT İdarə Heyəti həmin ölkə ilə fəaliyyəti
dayandırmaq ya onu üzvlərin siyahıdan çıxarmaq hüququna malikdir.
Qrup işləri
5 qrup yaradılır və qruplar dəyərləndiricilərin yoxlayacağı məsələrələ bağlı koalisiyanın
cavablarını hazırlayırlar. Hər məsələ ilə bağlı azı 5 cavab hazırlanır və aydın şəkildə flip-
çarta yazılır. Qrup işləri üçün 30 dəq, təqdimatlar 5 dəq, müzakirələr 10-15 dəq.
Qrup 1. Özünüifadə azadlığının dəyərləndirilməsi
Qrup 2. Fliyyət azadlığının dəyərləndirilməsi
Qrup 3. Əməkdaşlıq sərbəstliyinin dəyərləndirilməsi
Qrup 4. İştirakçılıq imkanlarının dəyərləndirilməsi
Qrup 5. İctimai qərar qəbuletməsinə çıxış imkanlarının dəyərləndirilməsi
Növbəti addımlar
Qrup işlərinin nəticələri ümumiləşdirilərək Vətəndaş Cəmiyyətinin fəaliyyəti
üçün əlverişli mühitlə bağlı dəyərləndiricilərə təqdim etmək və
dəyərləndiricilərlə görüşdə səsləndirmək üçün Koalisiyanın vahid mövqeyi
hazırlanır.
Vətəndaş Cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühitlə bağlı Koalisiyanın vahid
mövqeyinə dair sənəd Koalisiya Şurasının müzakirəsinə təqdim olunur.