MHŞT-nin tətbiqi geniş spektrli ustunlukler ved edir MHŞT-ni tətbiq edən ölkələr üçün təşəbbüsün əhəmiyyəti olduqca böyükdür. Məsələn, təşəbbüsü tətbiq etməklə hökumət sərmayəçilər və beynəlxalq maliyyə institutları üçün ölkədə tam şəffaf investisiya mühitinin yaradıldığını nümayiş etdirə bilir.
MHŞT hesabatlılığın genişlənməsinə, yüksək templi iqtisadiyyat və siyasi sabitliklə təmin edilmiş dövlət idarəçiliyinin formalaşmasına təkan verir. Bu isə öz növbəsində neft, mədən sənayesi və qaz sektoru ətrafında olan mübahisələrin qarşısını almağa köməklik göstərir. Təşəbbüsün şirkətlər və sərmayəçilər üçün əhəmiyyəti siyasi və nüfuz risklərinin azalmasından ibarətdir. Siyasi qeyri-sabitlik və qeyri-şəffaf idarəçilik sərmayə yatırımı üçün ciddi təhlükədir. Gəlir əldə etmək üçün yüksək kapital qoyuluşu həyata keçirilən və uzunmüddətli stabillikdən asılı olan mədən sənayesi sahəsində qeyri-sabitliyin azaldılması vacibdir. Hökumətə ödənişlər sahəsində şəffaflığın təmin edilməsi də şirkətlər tərəfindən ölkəyə qoyulan sərmayələrin nümayiş etdirilməsinə köməklik edir. Təşəbbüsün vətəndaş cəmiyyəti üçün əhəmiyyəti hökumətin daxilolmaları barədə ictimaiyyətə açıqlamalar verilməsindən və hökumətin hesabatlılığı təmin etməsxindən ibarətdir.