Qiymətləndirmə MHŞT prosesinin muhum elementidir. O iki muhum vəzifəyə xidmət edir. İlk əvvəl qiymətləndirmə ölkə daxilində dialoq qurulmasına və prosesin mənimsənilməsinə təkan verir, digər tərəfdən bu proses bütün MHŞT-ni tətbiq edən ölkələri eyni qlobal standart ətrafında birləşdirməklə MHŞT brendini qoruyur. MHŞT-ni tam tətbiq edən ölkə statusu almaq üçün namizəd ölkələr iki il ərzində qiymətləndirmə prosesini başa çatdırmalıdır.
MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən bütün namizəd ölkələr üçün son müddət müəyyən edilmişdir və ölkələrin MHŞT statuslarının bu son müddətdə müəyyənləşdirilməsi razılaşdırılmışdır. Qiymətləndirmə prosesi MHŞT-ni tətbiq edən ölkələrin Şəffaflıq Təşəbbüsü üzrə fəaliyyətləri zamanı əldə etdikləri irəliləyişlərinin qiymətləndirilməsini və daha yaxşı və sürətli irəliləyişə nail olmaq üçün onların hansı tədbirləri həyata keçirməsinin müəyyənləşdirilməsini təmin edir. Qiymətləndirmə MHŞT-nin Qiymətləndirmə Təlimatında müəyyən olunmuş Qiymətləndirmə cədvəlini (və əlaqədar Qiymətləndirmə Vasitələri Göstəricisi) istifadə etməklə müstəqil qiymətləndirici tərəfindən həyata keçirilir. Azərbaycan qiymətləndirmə prosesindən kecən ilk olkədir MHŞT-nin tətbiqində lider olkə olan Azərbaycan 2008-ci ilin martında ilk olaraq qiymətləndirmə prosesinə başlamışdır. Azərbaycanda qiymətləndirmə prosesini həyata keçirmək üçün Coffey International Development şirkətinin (IPAN və PKF-nin əməkdaşlığı ilə) rəhbərlik etdiyi konsorsium qiymətləndirici secilmişdir. Azərbaycanın bu prosesi MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən müəyyən edilmiş müddətdə 9 mart 2010-cu ilədək başa çatdırması nəzərdə tutulsa da, Azərbaycanda MHŞT prosesinin tətbiqinin qiymətləndirilməsi bir il tez – 2009-cu ilin yanvarında başa çatdırılmışdır. Coffey International Development şirkəti Azərbaycanda qiymətləndirmə prosesinin nəticələrinə dair yekun hesabatını və müsbət rəyini MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə təqdim etmişdir. 2009-cu ilin fevralında Qətərin paytaxtı Doha şəhərində MHŞT üzrə növbəti beynəlxalq konfransda Azərbaycanda mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçərək ictimaiyyətə açıqlandığı və dərc edildiyi, Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu nəzərə alınaraq və qiymətləndiricinin Azərbaycanda MHŞT prosesinin qiymətləndirilməsinə dair hesabatına əsaslanaraq MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanın MHŞT-nin tamhüquqlu üzv statusunu təsdiq etdi. Bununla da Azərbaycan MHŞT-ni tətbiq edən və Norveç də daxil olmaqla namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv satusunu almış ilk ölkə oldu.