23-24 may 2013-cü ildə Sidneydə keçirilmiş MHŞT üzrə 6-cı Qlobal Konfransda MHŞT üzrə yeni Standart qəbul edilmişdir. Bu Standart bütün üzv ölkələrdə MHŞT prosesinin tətbiqini tənzimləyən əsas sənəd rolunu oynayır. Standart öncəki illərdə qəbul edilmiş tənzimləyici sənədləri əvəz edir.

Qəbul olunmuş Standart MHŞT ölkələrinin mövcud sahədə çoxillik təcrübələrinə əsaslanaraq Beynəlxalq İdarə Heyəti və MHŞT tərəflərinin birgə məsləhətləşmələrinin və əməkdaşlıqlarının nəticəsi kimi ərsəyə gəlmişdir. MHŞT Standartı əhaliyə daha etibarlı, münasib və lazımlı informasiyanın çatdırılmasını həvəsləndirir, daha genişmiqyaslı islahatlar üçün zəmin yaradır.

Standarta daxil edilmiş bəndlər MHŞT hesabatlarını əhali üçün daha anlaşıqlı etməklə və hökumət və şirkətlər tərəfindən təsdiq edilmiş rəqəmlərin etibarlılığını təmin etməklə MHŞT hesabatlılığının keyfiyyətinin yüksəldilməsinə, şirkətlər tərəfindən fərdi hesabatların açıqlanmasına nail olmaqla mineral ehtiyatlardan daxil olan gəlirlərin şəffaflığının daha da artırılmasına, Qiymətləndirmə prosesində mühüm dəyişikliklər tətbiq etməklə prosesin səmərəliliyinin və keyfiyyətinin qaldırılmasına və MHŞT sahəsində digər irəliləyişlərin həyata keçirilməsinə xidmət edir.

MHŞT standartı