Gubad30  iyun 2016-ci il tarixdə Koalisiya Şurasının 157 -ci iclası Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun ofisində keçirilmişdir. 

İlk növbədə Monitorinq qrupunun Rəyi müzakirəyə edilmişdir. Monitorinq Qrupunun rəhbəri Çingiz Dadaşov Rəyi təqdim etmiş və sualları cavablandırmışdır.  Sonra Şura üzvlərinin təklifi ilə Monitorinq Qrupunun Rəyi maddə-maddə müzakirə edilərək, rəyin nəticələrinə dair 1-ci, 2-ci və 5-ci müddələri üzrə müsbət qərar qəbul etmiş, 3,4, və 6-cı maddələrini isə qəbul etməmişdir.

İclasda Şuranın gələcək fəaliyyət prinsiplərinə dair Bəyanatı müzakirə edilərək, 2 maddədən  ibarət sənəd qəbul olunmuşdur. Bəyanatda qeyd olunur ki, Koalisiyanın yeni seçilmiş Şurası öz fəaliyyətini MSŞT çərçivəsində quraraq bu zaman  vətəndaş cəmiyyyəti protokolunu əsas  götürəcək və  eyni zamanda fəaliyyət göstrərərkən hakimiyyətdən və müxalifətdən uzaq dayanacaqdır.

Daha sonra Beynəlxalq İdarə heyətinin 01-02 iyun 2016-cı ildə  Osloda  kecirilmiş  toplantısının   nəticələrinə dair Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlunun məlumatı dinlənilmişdir.  Verilən məlumata görə, Oslo toplantısında İdarə Heyətu  01 iyul 2016-ci il tarixdən 15 üzv  ölkənin,  o cümlədən də Azərbaycanın   qiymətləndirmədən   keçməsinə dair qərarı  vermişdir. Bununla yanaşı növbəti iclasın oktyabrın 25-26-da Astanada keçirilməsi və həmin iclasda da qiymətləndirmə hesabatlarının müzakirəsinə qərar verilmidir.

Çoxtərəfli Qrupun (ÇQ)  son iclasının nəticələrinin müzakirədə ÇQ  üzvü  Azər Mehtiyev növbəti 3 ildə  qiymətləndirici şirkət olaraq  Moore Stephens şirkətinin seçilməsi, eyni zamanda 2017-ci ilin oktyabr ayındadək Benefisiar Sahiblik Məlumatlarının Açıqlanmasına dair Yol Xəritəsinin hazırlanması üçün hüquq, məsləhət xidmətləri göstərən şirkətin seçilməsinə dair iclas iştirakçılarını məlumatlandırmışdır.  Bununla yanaşı o qeyd etmişdir ki, iclasında ötən iclasın gündəliyində  müzakirəsi nəzərdə  tutulan  2015-ci il üzrə MHŞT Proqres Hesabatının müzakirəsi və təsdiqi müzakirə olunmadan geri qaytarılmış,  MHŞT tətbiq edən ölkələrdə ÇQ və Katibliyin strukturunun müqayisəli təhlilinə dair,  eləcə də MHŞT tətbiq edən ölkələrdə elektron hesabatlılıq sistemi və Azərbaycanda tətbiqinin mümkünlüyü haqqında təqdimatların dinlənilməsi növbəti  4 iyul 2016-cı il tarixli iclasa saxlanılmışdır. ÇQ iclasında həmçinin qiymətləndirməyə hazırlıq çərçivəsində MSŞT Katibliyinin regional direktoru Dyveke Roqanın Bakıya nəzərdə tutulan 04-08 iyul tarixli  səfəri də müzakirə olunmuşdur.

İslahedici Planının icra vəziyyətinin müzakirəsi və qiymətləndirməyə hazırlıq məsələsinə dair aparılan müzakirələrdə qərara alınmışdır ki, MSŞT Katibliyinin regional direktoru Dyveke Roqanla Koalisiya Şurasnın yeni  tərkibdə üzvlərinin görüşü iyulun 7-də saat 3-dən 5-dək Park İnn mehmanxanasında keçirilsin və İslahedici Planının icra vəziyyətinin müzakirəsi isə növbəti iclasa təxirə salınsın.

Daha sonra Koalisiya Şurasına koordinator seçkisi keçirilmişdir. Şurara üzvü Azər Rəsul Qubad İbadoğlunun, Məmmədhəsən Həsənov isə Sabit Bağırovun namizədliyini irəli sürmüşdür. Səsvermə zamanı Qubad İbadoğlu Şura üzvlərinin yarıdan çoxunun səsini  qaznaraq Koalisiya Şurasının  növbəti 1 il müddətinə koordinator  seçilmişdir.