aktau-1Bildiyiniz kimi sentyabr ayının 26-29 tarixlərində Qazaxstanın Aktau şəhərində nüfuzlu “Ödədiyini Açıqla” təşkilatı Avrasiya regionu üzrə beynəlxalq konfrans təşkil etmişdir.

Bu mühüm tədbirə 9 ölkədən 30-dan çox nümayəndə, eləcə də, bir cox tanınmış ekspertlər qatılmışdır.
Aktau konfransının əsas hədəfləri sırasında, əlbətdəki, mühüm yeri hasilat sənayesində şəffaflığın təmin edilməsi, “Ödədiyini Açıqla” təşkilatı üzvü olan Koalisya və təşkilatların, bu sahədə tanınmış ekspert və mütəxəssislərin səylərinin artırılması, birgə əməkdaşlıq platformasının qurulması, həmçinin, bu hədəflərin reallaşmasında “Ödədiyini Açıqla” təşkilatının qlobal səviyyədə görə biləcəyi işlər, katibliyinın verə biləcəyi töhvələr və eləcə də, həm qlobal, həmdə regional və milli səviyyədə strategiyaların işlənilməsi xüsusi prioritet təşkil edirdi.

Azərbaycandan bu tədbirdə MSŞA Koalisiyasından Koalisiya Şurasının koordinatoru İlham Hüseyinli və MQ üzvü Taleh Xasməmmədov iştirak edirdi. Azərbaycan təmsilçiləri  həm ümumi, həm də , qrup müzakirələrində çıxış edərək hasilat sənayesində şəffaflığın artırılması təşəbbüsü ilə bağlı fikir və baxışlarını, bu istiqamətdə görülən və görüləcək işlər toplantı iştirakçılarının diqqətınə çatdırıldı.
Konfrans, ölkəmizdə və regionda hasilat sənayesində şəffaflığın təmin edilməsi və regional əməkdaşlıq baxımdan optimist notlarla yadda qaldı.
“Ödədiyini Açıqla” təşkilatı, Avropa, Asiya, ABŞ, Kanada, Afrika kimi mühüm coğrafi əraziləri əhatə edən, özündə 41 koalsiyanı birləşdirən, MHŞT və bir çox tanınmış beynəlxalq qurumların İdarə Heyətində təmsilçiliyi olan nüfuzlu təşkilatdır.

aktau-2 aktau-3