seminar-3Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası üzvləri üçün «Azərbaycan Respublikasının 2013-cü il üzrə MHŞT Hesabatının MHŞT Standartının tələblərinə uyğunluğu» mövzusuda seminar keçirilib. Seminar Azərbaycan Respublikasının Dövlət Neft Fondunun inzibati binasında baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində bu seminar koalisiya üzvlərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan Koalisiya Şurasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, seminarın məqsədi yeni standartlarla bağlı koalisiya üzvlərinin bilik və bacarıqlarının artırılmasıdır: Seminar çərçivəsində məruzə ilə çıxış edəcək ekspertlər MHŞT standartı, Azərbaycan Respublikasının 2013-cü il üzrə MHŞT Hesabatının MHŞT Standartının tələblərinə uyğunluğu ilə bağlı məlumat verəcəklər. Tədbirin sonunda isə seminar iştirakçıları Dövlət Neft Fondunun binası ilə tanış ola biləcəklər».

Daha sonra ekspert İnqilab Əhmədov «MHŞT standartı: tələblərin qısa məzmunu»seminar-1 mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi MHŞT standartının tələbləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, standartın çox vacib tələblərdən biri hesabatın vaxtında hazırlanmasıdır. Hesabat ən pis halda iki il əvvəlki məlumatları özündə əks etdirməlidir. Standartın ən vacib tələbi isə kontekstual məlumatlarla bağlıdır.

Ekspert Azər Mehtiyev isə «MHŞT standartının 3-cü tələbi: məzmunu, tərkibi, toplanması üsulları və Azərbaycan Hesabatında bunların əks olunma səviyyəsi» mövzusunda məruzə ilə çıxış edib. O bildiirb ki,  “Hesabatda əksini tapan kontekstual məlumatlar maraq qrupları üçün son dərəcə vacib mənbədir. İndiyədək bu məlumatları əldə etmək çətin olsa da, artıq hesabatda bu məlumatlar əksini tapıb. Bu məlumatların toplanması çətin bir işdir. 2013-cü ilin hesabatında məlumatlar əvvəlki hesabata nisbətən zəngin olsa da, çatışmamazlıqlar da var. Bütün bunlar Azərbaycan Respublikasının 2013-cü il üzrə MHŞT Hesabatına Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının rəyində öz əksini tapıb”.

seminar-2Daha sonra ekspert standartın tələbinə uyğun hesabatda əksini tapmalı olan məlumatlarla bağlı seminar iştirakçılarına məlumat verib.

Növbəti,  «Tutuşdurulan informasiyalar: məzmunu, tərkibi, toplanması üsulları və tutuşdurma mexanizmi» mövzusunda məruzə ilə çıxış edən ekspert Sabit Bağırov  ilə bağlı iştirakçılara məlumat verib. Məruzədə ölkənin gəlirləri  barədə hökumət tərəfindən təqdim edilən hesabatlar, xarici və yerli  şirkətlərin ödənişləri barədə hesabatlar seminar iştirakçılarının nəzərinə çatdırılıb.

Tədbirin sonunda seminar iştirakçıları Dövlət Neft Fondunun binası ilə tanış olublar.

 

Əlavə məlumat üçün əlaqə

Koalisiyanın koordinatoru

Əliməmməd Nuriyev

Tel: (012) 4925726

Email: nuriyevalimammad@gmail.com