UY-2Ictimai “Birliklərin Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA ) Koalisiyası 10   iyun  2017-ci ildə  XİX Ümumi Yığıncağınını keçirib. Ümumi Yığmcaqda üzvlüyünü təsdiq edən 108 Koalisiya üzvündən 71-i iştirak edib.  Koalisiyasının Əsasnaməsinə görə Ümumi Yığıncaq üzvlərin 1/3-i iştirak etdikdə səlahiyətlidir. Bu dəfə toplantıya üzvlərin  yarıdan çoxu qatılıb.  Ümumi Yığıncağın  işini  Ödədiyini açıqla, SECO  və  ABŞ, BB, AB, Fransa. Norveç, Isveçrə səfirliklərinin  təmsilçiləri müşahidə edib.  XİX Ümumi Yığıncağa Turan İnformasiya agentliyi informasiya dəstəyi verib, onun gedişini canlı yayımlayıb. XİX Ümumi Yığıncaq aşağıdakı qərarlaır qəbul edib.

Koalisiya Şurasının hesabatı qənaətbəxş hesab edildi.

  1. Monitorinq Qrupunu  fəaliyyəti qeyri-qənaətbəxş hesab olundu.
  2. Əsasnamənin 5.10.-cu maddəsinə müvafiq olaraq, Koalisiya Şurasının tam tərkibdə komplektləşdirilməsinə dair qərar qəbul olundu və Şuraya bununla bağlı səlahiyyət verildi.
  3.   Əsanamənin 5.3.3.-cü maddəsində uyğun olaraq Monitorinq Qrupunun fəaliyyəti vaxtından əvvəl dayandırıldı və   yenidən seçkilər keçirildi.
  4. Koalisiyanın həbs olunmuş üzvlərinin azad edilməsi tələbi  ilə bəyanat qəbul olundu.
  5. XİX Ümumi Yığıncaq adından  Hökümət Komissiyasına müraciət ünvanlandı.

UY-3