1. Koalisiyaya üzvlüyə qəbul  Koalsiyanın Əsasnaməsi və bu Qaydalara
    əsasən həyata keçirilir.
  2. Koalisiyanın məqsəd və prinsiplərini qəbul edən hər bir QHT Koalisiyaya üzv ola
    bilər.
  3. Koalisiyaya yeni üzvlərin qəbulu onların Koalisiya Şurasına bu barədə yazılı müraciətləri əsasında aparılır.
  4. Koalisiyaya üzv olmaq üçün müraciət edən təşkilat Xüsusi Ərizə Formasını dolduraraq Koalisiya Şurasına təqdim edir. (Xüsusi Ərizə Formasını Koalisiya ofisindən və ya buradan  Ərizə forması əldə etmək mümkündür.)
  5. Кoalisiyaya üzv olmaq üçün müraciət edən təşkilatın təmsilçiliyinin müəyyənləşdirilməsi təşкilаtın rəsmi qərаrı ilə təsbit еdilir və həmin qərаr Xüsusi Ərizə Formasınа əlаvə оlunur.
  6. Daxil olmuş müraciət xüsusi dəftərdə qeydiyyata alınır və bu barədə Koalisiya Şurasının Koordinatoruna məlumat verilir.
  7. Üzvlüyə müraciəti müzakirə edilən iclasda namizədin iştirakı vacibdir. Namizədin, və ya onun nümayəndəsinin şəxsən iştirak etmədiyi iclasda onun müraciəti müzakirə edilmir.( Namizədin nümayəndəsi Şuraya onun təmsilçilik hüququnu təsdiq edən məktub təqdim etməlidir.)
  8. Ərizəyə bir ay müddətində baxılır. Koalisiya Əsasnaməsinin 2. maddəsinə uyğun olaraq,  Şura iclasında  iştirak edənlərin yarıdan çoxu səs verdikdə üzv Koalisiyaya qəbul edilmiş hesab olunur. Üzvlüyə qəbul gizli səsvermə formasında həyata keçirilir.
  9. Koordinator Şuranın qərarını yeni üzvə, eləcə də yeni üzv barədə məlumatı Koalisiya üzvlərinə çatdırır, yeni üzv barədə məlumatlar Koalisiyanın veb səhifəsində  yerləşdirilmiş  üzvlərin siyahısına  əlavə olunur.
  10. Eyni  şəxs Koalisiyada yalniz bir QHT-ni təmsil edə bilər.
  11. Koalisiya üzv olan təşkilatın reyestrində dəyişikliklər (təşkilatın adı, təsisçiləri, rəhbərliyi) baş verdikdə, həmin üzv təşkilat 1 ay müddətində Koalisiya Şurasını
    məlumatlandırmalıdır.  Bu məlumat Şuraya daxil olduqdan  1 həftə müddətində  Koalisiyasının saytında həmin təşkilatla bağlı müvafiq  dəyişikliklər aparılır.
  12. Növbəti Ümumi Yığıncağa 1 ay qalmış Koalisiya üzvlüyünə qəbul dayandırılır və Koalisiya Şurasının yaratdığı işçi qrup tərəfindən üzvlərin reyestri aparılır.
  13. Bu qaydalarda dəyişiklik və əlavələr Şura üzvlərinin yarısından çoxunun müsbət rəyi ilə həyata keçirilir.