eiti-logoMəlumat üçün bidlirmək istərdik ki, iyunun 10-da İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalsiyasının  XİX Ümumi Yığıncağı keçirilmiş, bu toplantıda əvvəlcədən üzvlüyünü təsdiq edən 108 Koalisiya üzvündən  71-i iştirak etmişdir.  XİX Ümumi Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin  05 aprel 2017 tarixli “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı  (bundan sonra Fərman) və ondan irəli gələn vəzifələrin icra vəziyyəti geniş müzakirə edilmiş,   bu   prosesdə  vətəndaş cəmiyyəti institutları ayrılmış müşahidəçi  rolundan narahatçlıq ifadə olunmuşdur. XİX Ümumi Yığıncaq iştirakçıları  hesab edir ki,  Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya  Fərmanın 4.6. maddəsinə müvafiq olaraq  İctimai Birliklərin  “Mədən sənayesində  şəffaflığın artırılması” Koalisiyası və mədən sənayesi şirkətləri  ilə birgə daimi əsasda fəaliyyət göstərən  dialoq platforması yaratmalı,  maraq qrupları ilə  bu formatda davamlı və bərabər şərtlərlə əməkdaşlıq etməklə  vətəndaş cəmiyyəti institutları üçün  qərarların qəbuluna təsir etmək imkanları yaratmalıdır. Əks təqdirdə hasilat sənayesində şəffaflıq adı altında həyata keçirilən tədbirlər nə investorlar və nə də beynəlxalq təşkilatlar arasında yetərincə etimad qazana bilməyəcək.

XİX Ümumi Yığıncağın iştirakçıları hesab edir ki,  Azərbaycanın hasilat sənayesində şəffaflığın artırılması  çərçivəsində  mükiyyət sahibliyi,  kontraktların açıqlamnası, xammal ticarəti  və  eləcə də  məlumatlarının dövlət qurumlarının hesabatvermə mexanizmlərinə inteqrasiya edilməsi sahəsində də  əvvəllər  başlamış  işlər  bundan sonra da  beynəxlalq təşəbbüsün tələblərinə müvafiq sürətdə davam etdirilməlidir.  Bu istiqamətlərdə  gedən  proseslərin dinamikliyini nəzərə alaraq Azərbaycan  höküməti  beynəlxalq institutlarla əməkdaşlığı yenidən bərpa etməli,  mümkün qədər qısa müddətdə  MSŞT üzrə beynəlxalq  təşəbbüsə qayıtmalı  və bununla yanaşı  vətəndaş cəmiyyət üçün mühitlə əlaqədar hüquqi və praktiki maneələri aradan qaldırmalı, qeydiyyatdan çıxarışlar, qrantların və donorların qeydiyatı tələrblərini  ləğv etməlidir.  Hökumət vətəndaş cəmiyyətin fikirlərini  azad şəkildə bildirməsinə və  açıq müzakirələr  aparmasına şərait yaratmalıdır. Vətəndaş cəmiyyətinin  siyasi və  maliyyə cəhətdən müstəqilliyinin   təmin olunmasına  şərait yaratmalıdır.

XİX Ümumi Yığıncağın iştirakçıları  bir daha bəyan edir ki,   İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalsiyası  hasilat sənayesində şəffaflığın artırılmasında və  bu müstəvidə hökümətlə,  mədən sənayesi şirkətləri ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

10 iyun 2017-ci il