usaBu gün Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Şura üzvləri İlham Hüseynli, Əlövsət Sadıqlı və MQ sədri Cəmil Hacıyev  ABŞ-ın Azərbaycandakı Səfirliyində Siyasi İşlər üzrə Müşavir  Uilyam Solley və Enerji Məsələləri üzrə Müşavir, xanım Zinət Sayed ilə görüşmüşlər.

GörüşdəAzərbaycanın Beynəlxalq  Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən  çıxmasından sonra bu sahədə yaranmış vəziyyət,  MSŞA Koalisiyasının  30 aprel 2016-cı ildə keçirdiyi Ümumi Yığıncaqdan  bu günə qədər  gördüyü işlər,qarşılaşdığı çətinliklər,,,bundan sonrakı atacağı addımlar,gələcək fəaliyyət planları, Koalisiyanın regional və Beynəlxal əməkdaşlıq imkanlarının artırılması, habelə, müstəqil vətəndaş cəmiyyətinin bəzi problemləri  ətrafında fikir mübadiləsi aparılmışdır.